-
- 23-10-2023, 18:33
- 164
Avropa İttifaqı parçalana bilər - ŞOK PROQNOZ
“Anti-Rusiya sanksiyaları nəticəsində Avropa Rusiyadan daha çox itki verib və gələcəkdə İttifaq daxilində parçalanma başlaya bilər”.
News24.az xəbər verir ki, bu sözləri alman mütəxəssis Volfqanq Munxau qeyd edib.
“New Statesman”-da dərc olunan təhlilində o, xüsusi olaraq deyir: “Sanksiyalar Avropa İttifaqına Rusiyadan daha çox zərbə vurdu. Qərb liderləri bu qədər böyük bir ölkəni təcrid etməyin nə qədər çətin olacağını səhv hesab edirdilər”.
Munxau qeyd edir ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, Rusiya iqtisadiyyatı bu il Britaniya, Fransa, Almaniya və ya İtaliya iqtisadiyyatından daha çox inkişaf edəcək. O qeyd edib ki, Ukrayna böhranı səbəbindən Avropa ölkələri qüvvələrini sonadək gərginləşdiriblər, lakin eyni zamanda, Avropa siyasi elitası hələ də münaqişənin başa çatması ilə bağlı ümumi strategiya hazırlaya bilməyib.
Alman ekspert əlavə edib ki, Ukraynanın bərpası üçün lazım olan məbləğlər sadəcə olaraq astronomik məbləğdə olacaq. Və nə vaxt ki, münaqişə başa çatdıqdan sonra Avropa ölkələri Rusiya ilə müqavilə bağlayıb Ukraynanın bərpası üçün pul ödəməyə başlasa, o zaman Avropa İttifaqı orada parçalanmağa başlaya bilər”.
Akqabay