"Bütün ölkələr onların icrasında maraqlı olmalıdır" - Sahib Məmmədov
    • 24-10-2023, 11:01
    • 253

"Bütün ölkələr onların icrasında maraqlı olmalıdır" - Sahib Məmmədov

"Azərbaycan əsas dayanıqlı inkişaf məqsədlərinin icrası üzrə mühüm nəticələr əldə edib".

News24.az xəbər verir ki, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

O vurğulayıb ki, konfrans çərçivəsində aparılacaq müzakirələr ölkə çərçivəsində bütün dayanıqlı inkişaf məqsədlərinin icrasına mühüm töhfə verəcək:

"Azərbaycan dayanıqlı inkişaf məqsədləri üzrə sənədi BMT-yə təqdim edən 32 ölkənin arasında yer alıb. Bu sahədə qəbul edilən bəyannamə 2030-cu ilədək bütün dayanıqlı inkişaf məqsədlərinin icrasında mühüm rol oynayır. BMT baş katibinin hesabatında qeyd olunur ki, bugünə qədər qlobal dayanıqlı inkişaf məqsədlərinin yalnız 15 faizi icra olunub. Qlobal səviyyədə 2030 gündəliyinin maliyyələşdirilməsi üçün vəsait çatışmazlığı mövcuddur. Bu səbəbdən bütün ölkələr onların icrasında maraqlı olmalıdır. Azərbaycanın dayanıqlı inkişaf məqsədləri üzrə hazırladığı üç mühüm hesabat BMT tərəfindən qəbul olunub. Bu il ölkəmizdə ilk dəfə olaraq dayanıqlı inkişaf məqsədlərinin icrası üzrə mühüm proqram hazırlanıb. Dünya Bankının hesabatına görə, Azərbaycan 2022-ci ildə orta gəlirli ölkələr qrupuna daxil olub. İşğaldan azad edilmiş ərazilərə I Böyük Qayıdış Proqramının icrası bizim üçün mühüm əhəmiyyət kəsb edir. Dayanıqlı inkişaf strategiyasının hazırlanması və icrasında BMT-nin məqsədləri də nəzərə alınıb. Təəssüf ki, "Azad edilmiş ərazilərin minalanması Azərbaycanda bu sahədə strateji hədəflərin icrasına mane olur".

Fərid Azəri