-
- 24-10-2023, 10:44
- 194
"Bu, əsas hədəf hesab olunur"
"Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin 5 əsas prinsipi daim diqqət mərkəzində olub".
News24.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
O qeyd edib ki, bu sahədə qəbul olunan beynəlxalq təlimat dünya ölkələrində olduğu kimi, Azərbaycanda da ali audit qurumlarının fəaliyyətinin əsasını təşkil edir.
O deyib ki, dövlət maliyyəsinin və büdcə resurslarının idarəolunmasıbda səmərəliliyinin artırılması əsas məqsədlərdəndir.
"Hesablama Palatasının planında nəticə əsaslı büdcə islahatları və digər hədəflərin icrası strateji məqsədlərin icrası əsas hədəf hesab olunur. Gələcək dövr üçün bu sahədəki hədəflərimizdən biri icra orqanları tərəfindən dayanıqlı inkişaf məqsədlərinin maliyyələşdirilməsi əsas məqsəd olaraq büdcə planına daxil olunub. 2021-ci ildə dörd, 2022-ci ildə beş dayanıqlı inkişaf məqsədi üzrə audit aparılıb. Nəticədə bu hesablamaların Dövlət Statistika Komitəsinin audit nəticələri ilə uzlaşıb-uzlaşmadığı yoxlanılıb. Müəyyən edilən 16 indikatordan 13-ü 2022-ci ilin payına düşür. Səmərəlilik auditlərinin nəticələri üzrə aparılan auditlər nəticəsi üzrə xarakterik zəifliklər kimi bəzi qurumlarda DİM nəticələrinin aydın anlaşılmaması, büdcə icrasının DİM-lərlə əlaqələndirilməməsi kimi faktlar aşkarlanıb. Milli səviyyədə razılaşdırılmış hədəflərə nail olmaq üçün həyata keçirilən auditlər bu barədə vahid mənzərəni müəyyən etməyə və sistemli riskləri qiymətləndirməyə imkan verir. Apardığımız auditlər dayanıqlı inkişaf məqsədləri üzrə "STC" atlasının ön sıralarında yer alır".
Fərid Azəri