Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyidir - VİDEO
    • 28-03-2019, 10:32
    • 830

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyidir - VİDEO

Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyidir.

News24.az xəbər verir ki, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb.

Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında" 23 mart 1997-ci il tarixli sərəncamına əsasən, 28 mart tarixi Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü elan edilib.

Bu münasibətlə Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunan videoçarx hazırlanıb.
 
Sözügedən videonu təqdim edirik: