Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti YARADILDI
    • 16-03-2020, 17:50
    • 1 018

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti YARADILDI

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti yaradılıb.

Prezident İlham Əliyev bununla bağlı xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Dövlət başçısının imzaladığı sərəncamla Bəylər Həsən oğlu Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, fərmana əsasən, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib.
Ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında 3 dövlət orqanı yaradılır.