Fransa Ermənistanı silahlandırır: qarşılığında nə alacaq?
    • 25-10-2023, 10:31
    • 288

Fransa Ermənistanı silahlandırır: qarşılığında nə alacaq?

Ermənistanın Fransa ilə bir neçə yüz milyon avroya çata biləcək hərbi müqavilələri necə ödəyəcəyi məlum deyil. 

News24.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti yazır.

Nəşr qeyd edir ki, Fransanın Ermənistana dəstəyinə təlimlər, eləcə də radarların və zenit-raket komplekslərinin satışı daxildir.

“Bunlar Ukraynaya hərbi yardımda olduğu kimi silah tədarükü deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdir. Lakin İrəvanın onları necə ödəyəcəyi hələ məlum deyil”, - nəşr bildirir.

Xatırladaq ki, Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla danışıqlardan sonra Parisin Ermənistana Müdafiə Nazirliyinin hərbi müşaviri kimi ordu zabitini göndərəcəyini və Ermənistan ordusu üçün xüsusi təyinatlılar hazırlayacağını açıqlayıb.

Lekornu tərəflərin əməkdaşlığa başladığı və ya başlamaq niyyətində olduğu proqramları və sahələri sadalayıb. Nazir ayrıca, Ermənistan Silahlı Qüvvələri üçün xüsusi təyinatlıların, xüsusən də dağlıq ərazilərdə döyüş əməliyyatları və yüksək dəqiqlikli atışlar üçün hazırlığını qeyd edib.

Lekornu həmçinin artıq elan olunmuş üç GM200 radarının Ermənistana tədarük edildiyini və “Mistral” hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumunun imzalandığını da açıqlayıb. Fransa tərəfi həmçinin Ermənistanın yerüstü hava hücumundan müdafiə sisteminin auditini aparmaq niyyətindədir.

Akqabay