-
- 25-10-2023, 12:20
- 255
“Hazırda reanimasiyada şagird yoxdur” - RƏSMİ
Oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.
News24.az xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub.
Diaqnoz olaraq ilkin olaraq, mədə-bağırsaq pozğunluğu qeydə alınıb. Hazırda nümunələr götürülüb araşdırmalar aparılır.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə ambulator müalicə üçün artıq evə buraxılıb.
Hazırda hər birinin vəziyyəti stabildir, reanimasiyada şagird yoxdur.