İlk dəfə olaraq bu raket VURULDU
    • 25-10-2023, 17:12
    • 118

İlk dəfə olaraq bu raket VURULDU

Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq iki ATACMS raketinin vurulduğunu bildirib.

News24.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Məlumata görə, yerüstü hədəfləri vurmağa çalışan S-200 zenit-raketi də ələ keçirilib.

“Son 24 saat ərzində ABŞ istehsalı olan iki ATACMS operativ-taktiki raketi, yer hədəflərini vurmaq üçün dəyişdirilmiş S-200 zenit raketi, həmçinin iki HARM antiradar raketi və ABŞ istehsalı iki HIMARS reaktiv yaylım atəşi sistemi ələ keçirilib”, - deyə, məlumatda qeyd olunub.

Ülkər Abdurahmanlı