Məşhur müğənni Azərbaycanı tərk edir: ŞOK SƏBƏB
    • 25-10-2023, 16:08
    • 10 590

Məşhur müğənni Azərbaycanı tərk edir: ŞOK SƏBƏB

Müğənni Şəbnəm Tovuzlu Azərbaycanı tərk etmək niyyətində olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, Türkiyəyə yollanan ifaçı təyyarədən görüntülərini izləyiciləri ilə bölüşüb.

O, bundan sonra tez-tez İstanbula gedəcəyini açıqlayıb:

“Bir az hər şeydən uzaq olmaq üçün gedirəm. Çox yorğunam. Ola bilsin artıq İstanbula daha çox gedib-gələm. Hətta orada yaşamağı belə düşünürəm”.

İstanbula çatar-çatmaz alış-verişə yollanan Tovuzlu özünə 25 dəst libas aldığını bildirib:

“Hər il gəlirəm özümə buradan alış-veriş edirəm. Çox gözəl libaslar var. Bakıda 400-500 manata olan geyimlər burada 200-300 dollaradır. Özümə şoppinq etdim. Azı 25 dənə libas aldım”.