-
- 26-10-2023, 09:48
- 346
Bakıda dönərdən zəhərlənən şagirdlərin sayı artdı - RƏSMİ / VİDEO
Bakıda dönərdən zəhərlənən şagirdlərin sayı 24-ə çatıb.
Bu barədə News24.az-a TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub:
"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 8 uşaq (3-ü ailəsinin intizamnaməsi ilə) ambulator müalicə üçün evə buraxılıb. Hazırda 16 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir".
Qeyd edək ki, oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.