-
- 26-10-2023, 11:01
- 266
Şahramanyan sükutu pozur - Bütün SİRLƏRİ AÇACAQ
Qarabağ separatçılarının sonuncu “lideri” Samvel Şahramanyan İrəvanda çıxışa hazırlaşır.
News24.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
“Samvel Şahramanyan uzun müzakirələrdən sonra susqunluq andını pozmaq və yaxın günlərdə bir sıra məsələlərə aydınlıq gətirmək qərarına gəlib. Format artıq müəyyən edilib, müsahibə olacaq, lakin İctimai televiziyada olmayacaq”, - nəşr qeyd edib.
Bildirilir ki, Şahramanyana İctimai TV-də efir vaxtı verilməyib. O, yayımlanacaq müsahibəsində hansı şəraitdə “prezident” postunu tutmağa razı olmasını, aparılan danışıqları, Qarabağdan çıxmadan əvvəl baş verənləri, könüllü formada Ermənistana qayıdan əhalinin problemlərini, həmçinin “ixtira edilən” problemləri və digər bütün məsələləri açıqlayacaq.
Akqabay