Xankəndidə separatçıların “başçısı” məlum OLDU
    • 9-09-2023, 14:05
    • 1 006

Xankəndidə separatçıların “başçısı” məlum OLDU

Xankəndidəki separatçılar qondarma “parlament”də “prezident” seçkiləri keçirib.

News24.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, “seçkilərin” nəticələrinə görə, bu “vəzifə”yə Samvel Şahramanyan “seçilib”.

Gizli “səsvermə”də 23 “deputat” iştirak edib, onlardan 22-si lehinə, 1-i əleyhinə “səs verib”. Beləliklə, separatçıların yeni “başçısı” S. Şahramanyan olub.

Qeyd edək ki, yeni separatçabaşı Şahramanyan Araik Arutyunyanın xələfi hesab olunur və keçmiş “Qarabağ klanı”na daxil olan bütün qüvvələr tərəfindən dəstəklənir.

Akqabay