-
- 26-10-2023, 11:25
- 341
Paşinyan yeni fiquru oyuna daxil edir - Şok plan
Ermənistan hakimiyyəti separatçıları sıradan çıxarmaq üçün yeni addımlar atmağa hazırlaşır.
News24.az xəbər verir ki, Paşinyan hökuməti Qarabağ separatçılarının sonuncu “lideri” Samvel Şahramanyana qarşı yeni fiqur irəli sürmək niyyətindədir.
“Hraparak” nəşri yazır ki, Paşinyan Babayanın Şahramanyana qarşı Qarabağ ermənilərinin İrəvandakı “nümayəndəliyinin” qarşısında təşkil etdiyi aksiyadan narazı qalıb. Buna görə də o, yeni fiquru oyuna daxil etmək niyyətindədir.
“Qarabağda hökmranlıq etməyə çalışan Samvel Babayana rəqiblər peyda olub. Məlumat var ki, Babayanın təşkil etdiyi aksiyadan məyus olan hakimiyyət digər aktorları aktivləşdirmək qərarına gəlib. Mümkündür ki, bu şəxs Soros dairələri üçün məqbul sayılan keçmiş “xarici işlər naziri” Armen Qriqoryan olacaq. Hökumətin planına əsasən, “artsax” strukturlarını ləğv edib, onları qeyri-hökumət təşkilatları ilə əvəz etməkdir”, - qəzet iddia edir.
Akqabay