Nikol Şahramanyana Azərbaycanla bağlı TƏCİLİ ÇAĞIRIŞ edib: DƏRHAL...
    • 24-10-2023, 10:22
    • 325

Nikol Şahramanyana Azərbaycanla bağlı TƏCİLİ ÇAĞIRIŞ edib: DƏRHAL...

Ermənistan hakimiyyəti Qarabağdakı separatçıların sonuncu “lideri” Samvel Şahramanyanı təslim olması və özünü buraxması haqqında fərmanı imzalamaqda ittiham etsə də, ictimaiyyəti Paşinyanın bu qərarla heç bir əlaqəsi olmadığına inandırmağa çalışırlar. Hətta onun guya bundan xəbəri də yox idi. Lakin rəsmi mənbələr başqa təfərrüatları bildirir.

News24.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

Nəşr iddia edir ki, Nikol Paşinyan Şahramanyanın qondarma rejimi buraxması ilə bağlı fərman imzalamasından şəxsən xəbərdardır: “Ermənistan baş naziri həmin fərmanın mətnindən xəbərdar olub və şəxsən Şahramanyanı Azərbaycanın bütün tələblərinə razılıq verərək hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb”. 

Erməni KİV bildirir ki, xüsusilə, Azərbaycan tərəfi qondarma rejimin buraxılması, “dövlət qurumları”nın, “ordu”nun ləğvi, silahların təhvil verilməsi qərarında əksini tapmış tələblərini Qarabağdakı erməni sakinlərə çatdıranda Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru ilə əlaqə saxlayıb: “Armen Abazyan və onun vasitəçiliyi ilə Paşinyanla telefon danışığı olub, onunla Azərbaycanın bütün tələblərini dərhal yerinə yetirməyə, antiterror əməliyyatını dayandırmaq üçün hər şeyi etməyə çağırıb”.

Akqabay