Şair Balayar Sadiqdən YENİ XƏBƏR VAR - FOTO
    • 26-10-2023, 14:05
    • 269

Şair Balayar Sadiqdən YENİ XƏBƏR VAR - FOTO

Bir neçə gün öncə huşsuz vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən Balayar Əliyev (Şair Balayar Sadiq) revmatoloji reanimasiyadan çıxarılaraq palataya köçürülüb.

News24.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib. O bildirib ki, Balayar Əliyevin vəziyyəti hazırda orta stabil olaraq qiymətləndirilir.

Xatırladaq ki, oktyabrın 22-də Balayar Əliyev huşsuz vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə TƏBİB-in tabeliyində Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin müayinəsinə əsasən ona işemik insult diaqnozu qoyulub.