Mənsum İbrahimovun qardaşının düşdüyü qəzanın ilk görüntüləri - VİDEO
    • 26-10-2023, 14:48
    • 215

Mənsum İbrahimovun qardaşının düşdüyü qəzanın ilk görüntüləri - VİDEO

Xəbər verdiyimiz kimi, Kürdəmirdə ağır yol qəzası baş verib.

News24.az xəbər verir ki, Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində 1970-ci il təvəllüdlü Zülfüqar İbrahimovun idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü ilə yanaşı həyat yoldaşı İbrahimova Səbinə Vaqif qızı və oğlu 13 yaşlı İbrahimli Ayxan müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdirilib. Hadisə zamanı avtomobildə olan sərnişinlərdən 1947-ci il təvəllüdlü Ağdam rayon sakini Rəhimova Məlahət Əli qızı isə vəfat edib. Qəzaya düşənlər bir ailənin üzvləridir. Sürücü Zülfüqar İbrahimov Vətən müharibəsi şəhidi İsrafil İbrahimovun atasıdır. Qəzada şəhidin nənəsi vəfat edib. Atası, anası və qardaşı isə xəsarət alıb.

Sürücü Zülfüqar İbrahimov Xalq artisti Mənsum İbrahimovun qardaşıdır. 

Həmin qəzanın görüntüləri yayılıb.