AFFA Murad Musayevi cəzalandırdı
    • 26-10-2023, 15:07
    • 206

AFFA Murad Musayevi cəzalandırdı

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

News24.az  PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 2-ci turundan təxirə salınmış "Sumqayıt" - "Sabah" matçında (1:0) qeydə alınan qayda pozuntuları barədə qərarlar qəbul olunub.

 “Sumqayıt” – “Sabah” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

“Sumqayıt” – “Sabah” oyununun 90+4-cü dəqiqəsində qonaq komandanın baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun, həmçinin 24.08.2023-cü il tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə ilə cəzalandığına görə həmin tarixdə verilmiş 1 oyunluq şərti cəza üzərinə əlavə edilməklə ümumilikdə 2 oyun cəzalanıb, “Sabah” klubu 1000 manat cərimə edilib.