"4 aylıq övladımı..." - İlahə İbadova məruz qaldığı şiddətdən DANIŞDI
    • 26-10-2023, 16:34
    • 316

"4 aylıq övladımı..." - İlahə İbadova məruz qaldığı şiddətdən DANIŞDI

"Qadın çox vaxt mübahisə anında döyülür. Adətən ailə münaqişəsində qadın düzü deyəndə kişi həzm edə bilmir".

News24.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni İlahə İbadova şiddətə məruz qalan qadınlardan danışarkən deyib.

Onun sözlərinə görə, şiddət görən qadınlardan biri də özü olub.

"Əməllərinə dözdüm. Əvvəl maşında da əl qaldırmışdı. Televiziyada işləyən operatorlar da gördü. Səbr etdim. Son dəfə 4 aylıq uşağa əl qaldırdığı üçün bitirdim. Bəlkə də məni vursa, dözüb səbr edərdim. Amma qız uşağına görə, keçə bilmədim. Xahiş etdim ki, uşağı ya yellə, ya da mənim qucağıma qoy. O da yellədi, uşaq susmadığı üçün onu döyməyə başladı",-deyə müğənni bildirib.

Qeyd edək ki, İlahə İbadova "Azəri Star" yarışmasının iştirakçısı olan Mirsaleh Əliyevlə ailəli olub. Onların Ayan adlı 1 qızı var.