Tələbənin ölümünə səbəb olan MƏHKƏMƏ QARŞISINDA
    • 26-10-2023, 17:04
    • 87

Tələbənin ölümünə səbəb olan MƏHKƏMƏ QARŞISINDA

Bakı Dövlət Universitetinin (BDU) tələbəsinin ölümündə təqsirləndirilən İsa Namazovun cinayət işi üzrə ibtidai istintaq başa çataraq baxılması üçün məhkəməyə göndərilib.

News24.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, iş Bakı Hərbi Məhkəməsinin hakimi Fikrət Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası noyabrın 2-nə təyin olunub. 

Qeyd edək ki, ötən il sentyabrın 29-da BDU-nun Hüquq fakültəsinin I kurs tələbəsi Xədicə Qarakişiyevanı dərsdən evə qayıdan zaman avtomobil vurub. Uzun müddət koma vəziyyətində qalan X.Qarakişiyeva bu ilin may ayında vəfat edib.

Daha sonra sürücü İsa Namazov cinayət məsuliyyətinə cəlb edilib. O, Cinayət Məcəlləsinin 263.2-ci ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.