İran Prezidentini daşıyan helikopterin dəqiq yeri müəyyən edilib
    • 19-05-2024, 18:22
    • 238

İran Prezidentini daşıyan helikopterin dəqiq yeri müəyyən edilib


“İran Prezidentini daşıyan helikopterin dəqiq yeri müəyyən edilib, xilasetmə işləri davam edir”.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə Mehr Agentliyi məlumat yayıb.

Məlumata görə, Prezident və heyəti daşıyan helikopterin qəza yeri Qaradağ meşələrində yerləşən Uzi kəndi ətrafında olub və qəza yerinə xilasetmə qrupları göndərilib.

Qəzanın baş verdiyi ərazidə xilasetmə qüvvələrini çətinliklə üzləşdirib.