Rəisinin helikopteri nəyə görə qəza etdi? - Detallar
    • 19-05-2024, 18:13
    • 432

Rəisinin helikopteri nəyə görə qəza etdi? - Detallar


İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı bəzi detallar bəlli olub.

News24.az Publika.az-a istinadən xəbər verir ki, helikopterin meşədə qəzaya uğradığı ehtimal edilir.

Qəzanın ərazidəki qatı duman səbəbilə baş verdiyi təxmin edilir.

Bildirilir ki, çətin ərazi şərtləri səbəbindən helikopter radarlardan itib. Ancaq helikopterin ekipajı peyk telefonu ilə əlaqəyə çıxıb.

Hazırda həmin bölgədə axtarış-xilasetmə işləri aparılır.

Xatırladaq ki, İbrahim Rəisi bu gün Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak edib.