Bunun üçün Azərbaycanla əməkdaşlıq vacibdir - Ərdoğan
    • 27-10-2023, 00:16
    • 152

Bunun üçün Azərbaycanla əməkdaşlıq vacibdir - Ərdoğan

Türkmənistan qazının dünya bazarlarına çıxarılması üçün Azərbaycanla üçtərəfli əməkdaşlıq vacibdir.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədov ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, üç ölkə bu əməkdaşlıq vasitəsilə enerji təhlükəsizliyinə töhfə verəcək:

"Türkmənistan enerji ehtiyatlarına görə regionumuzun və dünyanın qabaqcıl ölkələri sırasındadır. Türkmənistan təbii qazının Türkiyə üzərindən dünya bazarlarına tədarükü strateji dəyər qazanıb. Türkmənistan da, Azərbaycan da bu prosesə daxildir".