Bunu əvvəlcədən də bilirdik - Qurban Qurbanov
    • 27-10-2023, 01:38
    • 434

Bunu əvvəlcədən də bilirdik - Qurban Qurbanov

"Çox yaxşı komandaya qarşı məğlub olduq. Bu gün səviyyə fərqinin şahidi olduq".

News24.az bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyada "Bayer 04" klubuna 1:5 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib: "Futbolçularım çox əziyyət çəkdilər. Biz müdafiədə oturmaq istəmirdik. Boşluqlar da verdik. "Bayer 04" topla həddindən artıq yaxşı davranırdı. Bunu əvvəlcədən də bilirdik. Nəticə onların bizdən çox yuxarıda olduğunu göstərdi".