Qurban Qurbanov: "Rəqib məğlub olmaq istəmirdi"
    • 20-10-2022, 22:25
    • 303

Qurban Qurbanov: "Rəqib məğlub olmaq istəmirdi"

"Rəqib 0:3 geridə olsa da, məğlub olmaq istəmirdi".

News24.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Turan Tovuz"a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XI tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis matçda yaxşı dinamikanın olduğunu bildirib: "Turan Tovuz" sona qədər mübarizə apardı. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm".