Bakıda bizim üçün çətin olacağını bilirik - Xabi Alonso
    • 27-10-2023, 01:45
    • 231

Bakıda bizim üçün çətin olacağını bilirik - Xabi Alonso

"Bakıdakı oyunda da qələbə qazanmaq istəyirik. Amma orada bizim üçün çətin olacağını bilirik".

News24.az xəbər verir ki, bunu "Bayer 04" klubunun baş məşqçisi Xabi Alonso evdə "Qarabağ"a 5:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bugünkü qələbənin onlar üçün çox vacib olduğunu bildirib.

Qeyd edək ki, komandalar IV turda Bakıda üz-üzə gələcəklər. Qarşılaşma noyabrın 9-da gerçəkləşəcək.