-
- 27-10-2023, 08:08
- 209
60 yaşlı qadını avtomobil VURDU
Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az Report-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Pirizadə Zərifə Paşa qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.