Miqrantların qaçırdığı Türkiyə tankerini Malta ordusu azad etdi
    • 28-03-2019, 17:29
    • 948

Miqrantların qaçırdığı Türkiyə tankerini Malta ordusu azad etdi

Malta ordusu liviyalı miqrantlar tərəfindən ələ keçirilmiş Türkiyə tankerini azad edib.

News24.az Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəsmi saytına istinadən xəbər verir ki, xüsusi təyinatlıların keçirdiyi əməliyyat nəticəsində gəmi miqrantlardan geri alınıb.

Bu gün səhər saatlarında gəmi Maltanın Valletta limanına çatdırılıb.

Qeyd edək ki, ötən gün Türkiyə tankeri Liviya sahillərində 108 miqrantı xilas edib.

Daha sonra miqrantlar Liviyaya qayıtmaqdan imtina edərək üsyan qaldırıb və gəmidə nəzarəti ələ keçiriblər.