-
- 27-10-2023, 11:24
- 473
Əhalinin DİQQƏTİNƏ!!! Mağazalarda geydiyimiz paltarlar XƏSTƏLİK YARADIR
Mağazalarda sınadığımız paltarlarda qotur xəstəliyinə yoluxma riski var.
News24.az xəbər verir ki, bu barədə dermatologiya mütəxəssisi dr. Vildan Yazıcı açıqlama verib.
O bildirib ki, son zamanlar qaşınma hallarında ciddi artım var.
“Qotur təmas yolu ilə keçən bir xəstəlikdir. daha uzun müddət qucaqlaşmaq, eyni şəxsi əşyalar, eyni yataq, dəsmal və paltarlardan istifadə etməklə yoluxa bilər. Mağazalarda sınadığımız paltarlarda da qaşınma riski var. Əgər bizdən əvvəl sınadığımız paltarı qoturlu biri geyinibsə xəstəlik bizə də keçə bilər.
Qoturun simptomları 2-6 həftə ərzində görünür. Biz bu dövrü inkubasiya dövrü adlandırırıq. Buna görə də qoturun müalicəsində xəstə ilə yaxın təmasda olan insanlar da simptomların olub-olmamasından asılı olmayaraq müalicə edilməlidir. Bu, müalicənin effektivliyi üçün çox vacibdir. Simptomlar adətən müalicəyə başladıqdan sonra azalmağa başlayır”
Qotur gənəsinin yüksək temperaturda yaşaya bilməyəcəyini vurğulayan Dr. Yazıcı, qotur paraziti və yumurtalarını öldürmək üçün son bir həftədə geyinilən bütün paltarların və istifadə edilən digər əşyaların ən az 60 dərəcədə yuyulmalı olduğunu diqqət çatdırıb. Çünki qotur gənəsi yüksək temperaturda yaşaya bilməz.
“Xəstəliyi həkimin tövsiyələrinə əməl etməklə müalicə etmək lazımdır-deyə, o sözlərini tamamlayıb.
Ülkər Abdurahmanlı