Lənkəranda yandırılmış vəziyyətdə tapılan şəxsin FOTOSU - TƏFƏRRÜATLAR
    • 27-10-2023, 16:51
    • 326

Lənkəranda yandırılmış vəziyyətdə tapılan şəxsin FOTOSU - TƏFƏRRÜATLAR

Xəbər verdiyimiz kimi, Lənkəran rayonunun "Kiçik bazar" deyilən ərazisində yandırılmış vəziyyətdə olan meyit aşkarlanıb. Qətlə yetirilən şəxsin 53 yaşlı Əli Eldar oğlu Cahangirov olduğu məlum olub.

News24.az-ın məlumatına görə, Əli Cahangirov TIR sürücüsü olub. Əli Cahangirov ailəsi ilə sonuncu dəfə 24 oktyabr axşam saatlarında əlaqə saxlayıb. Sonuncu danışığı zamanı Qazaxda olduğunu, sərhədi keçəcəyini bildirib.  2 gün sonra, yəni 26 oktyabr tarixində isə meyiti Lənkərandan tapıldı. Onu öldürüb, sonra yandırıblar. 

Qətlin pula görə törədildiyi ehtimal edilir.  Mərhumun üzərində xeyli miqdarda pul(daşıdığı məhsulların pulu) olub.

Qumral