CIDC-2023 - kibermüharibə yarışının qalibləri müəyyənləşdi-VİDEO
    • 27-10-2023, 18:43
    • 159

CIDC-2023 - kibermüharibə yarışının qalibləri müəyyənləşdi-VİDEO

Azərbaycanda ilk dəfə keçirilən kibermüharibə yarışında qaliblər müəyyənləşib.

News24.az xəbər verir ki, "Critical Infrastructure Defence Challenge 2023" (CIDC-2023) tədbirində 20 komanda kiberhücumların simulyasiyası ilə həyata keçirilən yarışda virtual informasiya sistemlərinin təhlükəsizliyini təmin etməli olublar.

Qaliblər üçün 30 min manat pul vəsaiti ayrılıb.

Birinci yerin sahibi olan komanda Azərbaycan Dövlət Neft Şirkəti 15 min manat, ikinci yerin sahibi "Azercell" şirkətinin komandası 10 min manat, üçüncü yerin sahibi Prezidentin Təhlükəsizliyi Xidməti komandasına 5 min manat pul mükafatı təqdim olunub.