Texasda fırtına: ÖLƏNLƏR VAR
    • 17-05-2024, 17:31
    • 174

Texasda fırtına: ÖLƏNLƏR VAR

ABŞ-ın Texas ştatında güclü yağış və tufan baş verib. Bu səbəbdən elektrik ötürücü xətlərin zədələnməsi nəticəsində bir milyondan çox insanın işıqsız qaldığını bildirib.

News24.az xəbər verir ki, Hyuston Bələdiyyə Başçısı John Whitmire, mətbuat konfransında verdiyi açıqlamada şiddətli fırtınada ən az 4 nəfərin həyatını itirdiyini ifadə edərək, "Bir ağac 2 nəfərin üzərinə düşdü. Kran aşması nəticəsində bir nəfər öldü. Dördüncü şəxsin ölüm səbəbi məlum deyil” bölüşüb.

Şəhərin mərkəzində xaos olduğunu izah edən Whitmire sakinləri evdə qalmağa çağırıb.

Hyustonda məktəblərin bu gün təhsili dayandırdığı və daşqın təhlükəsi ilə bağlı narahatlıqların olduğu bildirilib.

Qeyd edək ki, saatda 160 kilometr sürətlə əsən fırtınanın sürətinin 2008-ci ildə 650 mindən çox evə ziyan vuran "İke qasırğası" ilə eyni olduğu bildirilib.

Günel Məlikzadə