Silahlı hücum nəticəsində ölən və yaralananların ADLARI
    • 28-10-2023, 10:48
    • 162

Silahlı hücum nəticəsində ölən və yaralananların ADLARI

Okytabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcova ölüb, 4 nəfər isə xəsarət alıb.

Sumqayıt şəhər prokurorluğundan News24.az-a verilən məlumata görə, hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.