Bakıda yol qəzası zamanı bir nəfər xəsarət alıb
    • 11-03-2023, 02:10
    • 198

Bakıda yol qəzası zamanı bir nəfər xəsarət alıb

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Hadisə Əbdürrəhimbəy Haqverdiyevlə Şəfaət Mehdiyev küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, mopedlə "Hyundai" markalı minik avtomobili toqquşub. Nəticədə mopedin sürücüsü xəsarət alıb.

Fakt araşdırılır. /APA/