İstanbulda Fələstinə dəstək mitinqi keçiriləcək - VİDEO
    • 28-10-2023, 11:47
    • 128

İstanbulda Fələstinə dəstək mitinqi keçiriləcək - VİDEO

Bir neçə Yaxın Şərq dövlətinin liderləri, Türkiyə rəhbərliyi, siyasi partiyaların və respublika ictimaiyyətinin nümayəndələri İstanbulda Fələstinə dəstək mitinqində iştirak edəcəklər. 

News24.az xəbər verir ki,  yüz minlərlə iştirakçının ona qoşulacağı gözlənilir. "Böyük Fələstinə dəstək mitinqi" yerli vaxtla saat 15:00-da keçmiş Atatürk Beynəlxalq hava limanının ərazisində keçiriləcək. Qeyd edək ki,baş tutacaq mitinqin də təhlükəsizliyi 5 mindən çox polis təmin edəcək. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, həmvətənlərini aksiyada Türkiyyə və Fələstin bayraqları ilə iştirak etməyə çağırıb. O bildirib ki, keçiriləcək mitinq bütün dünyaya nümayiş olunacaq ki,  "Türkiyə fələstinli qardaşlarla həmrəydi. 

Qeyd edək ki, Türkiyə lideri Misir, İordaniya, Livan, Liviya, Fələstin və Səudiyyə ərəbistanı rəhbərlərini mitinqə dəvət edib.

Aslan Nadiroğlu