-
- 28-10-2023, 12:27
- 207
Ərdoğandan İsrailə SƏRT ÇAĞIRIŞ - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib ərdoğan İsraili "affekt vəziyyətindən" çıxmağa və Qəzzanın bombalanmasını dərhal dayandırmağa çağırıb.
R TV tass.ru saytına istinadən xəbər verir ki, "İsrailin Qəzzaya qarşı ötən gecə intensivləşən bombardmanı yenidən qadınlara, uşaqlara və dinc vətəndaşlara qarşı yönəldilib və bununla da humanitar böhranı daha da ağırlaşdırıb. İsrail dərhal bu affekt vəziyyətindən çıxmalı və hücumlarını dayandırmalıdır " deyə Ərdoğan bildirib.
Qeyd edək ki, bu gün "Böyük Fələstinə dəstək mitinqi" yerli vaxtla saat 15:00-da keçmiş Atatürk Beynəlxalq hava limanının ərazisində keçiriləcək.
Aslan Nadiroğlu