Prokurorluq Cəlilabaddakı qətllə bağlı məlumat yaydı
    • 28-10-2023, 12:50
    • 184

Prokurorluq Cəlilabaddakı qətllə bağlı məlumat yaydı

Oktyabrın 24-də 1977-ci il təvəllüdlü Xaqani Əhmədlinin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəlilabad rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1998-ci il təvəllüdlü Böyükxan Muradlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir.