Lavrov İsrailə xəbərdarlıq etdi:
    • 28-10-2023, 13:29
    • 93

Lavrov İsrailə xəbərdarlıq etdi: "Fəlakət olacaq"

“Qəzza zolağının dağıdılması və 2 milyon sakinin anklavdan qovulması əsrlər olmasa da, onilliklər üçün fəlakət yaradacaq”. 

News24.az xəbər verir ki, bu barədə “BELTA” agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Əgər Qəzza dağılarsa, İsraildə və xaricdə bəzi siyasətçilərin irəli atdığı kimi, 2 milyon sakin oradan qovulsa, bu, əsrlər olmasa da, uzun illər, fəlakət yaradacaq.Ona görə də, əlbəttə ki, dayanmalıyıq. Blokadada olan əhalini xilas etmək üçün humanitar proqramlar elan etmək lazımdır: su, işıq, yemək, istilik, bunların heç biri yoxdur”, - deyə nazir əlavə edib.

Onun sözlərinə görə, Rusiya İsraillə təmasları tam şəkildə saxlayır və münaqişənin sülh yolu ilə həllinin tapılmasının zəruriliyi barədə siqnallar göndərir. “Biz israillilərə siqnallar göndəririk, onlarla tam əlaqə saxlayırıq, səfirimiz onlarla müntəzəm əlaqə saxlayır, hələ də sülh yolu ilə həll yolu axtarmağın və Qəzzada elan edilmiş yandırılmış torpaq strategiyasını tamamlamamağın zəruriliyi barədə siqnal göndəririk”.

Ayşən