-
- 19-10-2023, 11:12
- 181
“Rusiya bu məsələdə Türkiyə ilə təmasdadır” - Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qəzza gündəmi ilə bağlı açıqlamalar verib.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
O bildirib ki, Qəzzada böhranın regional problemə çevrilməsi ilə bağlı çox ciddi risk var:
"Qeyd edim ki, Rusiya bu məsələdə Türkiyə ilə təmasdadır. Qəzzada baş verən insan faciəsinin arxasında İranın dayanması ilə bağlı ittihamlar təxribatdır”- deyə, Lavrov çıxışını sonlandırıb.
Ülkər Abdurahmanlı