"El Klasiko"da "Real" QƏLƏBƏ QAZANDI - VİDEO
    • 28-10-2023, 20:21
    • 228

"El Klasiko"da "Real" QƏLƏBƏ QAZANDI - VİDEO

İspaniya La Liqasının XI turunda "El Klasiko" baş tutub.

News24.az xəbər verir ki, "Barselona" öz meydanında "Real"ı qəbul edib.

Üç qolun vurulduğu qarşılaşmada qonaq komanda qələbə qazanıb.

Matç 2:1 hesablı ilə madridlilərin qələbəsi ilə bitib.

Kataloniya təmsilçisinin heyətində İlkay Gündoğan 6-cı dəqiqədə hesabı açıb. Paytaxt klubundan Cud Bellingem 68-ci dəqiqədə tarazlığı bərpa edib. İngiltərəli oyunçu 90+2-ci dəqiqədə qələbə qolunu vurub.

Bu nəticədən sonra xallarının sayını 28-ə çatdıran "Real" birinci pilləyə yüksəlib. "Barselona" 24 xalla üçünü sıradadır.