"Real Madrid" əsas rəqibini darmadağın etdi
    • 30-09-2023, 23:08
    • 384

"Real Madrid" əsas rəqibini darmadağın etdi

İspaniya La Liqasının VII turunda meydana çıxan “Real Madrid” böyük hesablı qələbəyə sevinib.

New24.az xəbər verir ki, Madrid təmsilçisi  səfərdə “Jirona”nı üstələyib üç cavabsız qolla məğlub edib.

Hesabı 17-ci dəqiqədə Xoselu açıb. Dörd dəqiqə sonra Orelyen Çuameni fərqi artırıb. Matçda son nöqtəni Cud Bellinqem qoyub. O, 71-ci dəqiqədə fərqlənməyi bacarıb. 90+4-cü dəqiqədə paytaxt təmsilçisinin heyətində Naço Fernandes birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bu qələbə “Real Madrid”i birinci pilləyə yüksəldib. Komandanın 21 xalı var. Karlo Ançelottinin komandası 19 xalı olan “Jirona”nı və 20 xalı olan “Barselona”nı geridə qoyub.