Azərbaycanda qoyunların sayı kəskin AZALDI
    • 28-10-2023, 21:11
    • 419

Azərbaycanda qoyunların sayı kəskin AZALDI

Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə məlumat  Dövlət Statistika Komitəsinin hesabatında yer alıb.

Hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3% və ya 113.4 min baş, xırdabuynuzlu heyvanların sayı isə 8.9% və ya 705.1 min baş azalıb.

2023-cü il oktyabr ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 mln. 533.1 min baş, xirdabuynuzlu heyvanların sayı isə 7 mln. 223.2 min baş təşkil edib.

Qeyd edək ki, iribuynuzlu heyvanların sayı ən çox Sabirabad (125 255 baş), Bərdə ( 101 812 baş) və Cəlilabad ( 91 057 baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Beyləqan ( 301 583 baş), Şəmkir ( 273 898 baş), Ağcabədi ( 233 964 baş) rayonlarındadır.