AQTA heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi ilə bağlı YENİLİKLƏRİ AÇIQLADI
    • 13-02-2020, 12:35
    • 868

AQTA heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi ilə bağlı YENİLİKLƏRİ AÇIQLADI

Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) yaradılması istiqamətində bir sıra addımlar atılıb.

News24.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında məlumat verib. Bildirib ki, bununla bağlı işçi qrupu yaradılıb, Dünya Bankı ilə birlikdə sistemin proqram təminatının texniki tapşırığı hazırlanıb və satınalma prosesinə başlanılıb.

Növbəti mərhələdə sistemin mərhələli şəkildə yaradılması üçün Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu pilot region  kimi seçilməsi və burada iri və xırdabuynuzlu heyvanların və atların identikləşdirilməsini və heyvandarlıq məhsullarının istehsalı və emalını həyata keçirən müəssisələrin qeydiyyatının aparılması nəzərdə tutulub. Pilot regionda 55 455 baş iri, 145 305  baş xırdabuynuzlu heyvan və 409 baş at  var. Cari ildə bu heyvanların identikləşdirilərək qeydiyyatının aparılması nəzərdə tutulub.

Afaq Mirayiq