-
- 28-10-2023, 22:55
- 246
Qəzzada hərbi əməliyyatları dayandırın - Borrelldən ÇAĞIRIŞ
Humanitar çıxışı təmin etmək üçün təcili olaraq hərbi əməliyyatların dayandırılması lazımdır.
News24.az xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
"Güclü atəşlər davam edərkən Qəzza tam işıqsız vəziyyətdədir. Uşaqlar da daxil olmaqla, çox sayda mülki şəxs həlak olub. Bu, beynəlxalq humanitar hüquqa ziddir”, - Borrell bildirib.