Səudiyyə Ərəbistanının müdafiə naziri ABŞ-yə SƏFƏR EDƏCƏK
    • 29-10-2023, 12:41
    • 160

Səudiyyə Ərəbistanının müdafiə naziri ABŞ-yə SƏFƏR EDƏCƏK

Səudiyyə Ərəbistanı baş nazirinin birinci müavini və müdafiə naziri Xalid bin Salman Əl Səud oktyabrın 30-da Vaşinqtona səfər edəcək və ABŞ administrasiyasının əsas rəsmiləri ilə məsləhətləşmələr aparacaq.

News24.az xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrə istinadən məlumat yayıb.

Səudiyyəli nazir ABŞ müdafiə naziri Lloyd Ostin, dövlət katibi Entoni Blinken, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və bir neçə senatorla görüşəcək.