-
- 30-10-2023, 10:55
- 276
“Azərbaycanla üç əsas prinsip razılaşdırılıb" - Paşinyan
“Tərəflər öz prinsiplərinə sadiq qaldıqları təqdirdə, sülh müqaviləsinin imzalanması real olaraq qalır”.
News24.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında deyib.
“Azərbaycanla münasibətlərin və sülhün tənzimlənməsi üçün üç əsas prinsip razılaşdırılıb. Tərəflər həmin razılaşdırılmış prinsiplərə sadiq qalarsa, sülh və münasibətlərin tənzimlənməsi haqqında müqavilənin imzalanması reallığa çevriləcək. “Bizim planlarımıza Azərbaycanla sülh və münasibətlərin nizamlanması sazişinin imzalanması və Türkiyə ilə münasibətlərin tənzimlənməsi daxildir”, - Paşinyan qeyd edib.
Akqabay