Paşinyan qonşu ölkələrlə münasibətlərdən DANIŞDI
    • 30-10-2023, 11:03
    • 231

Paşinyan qonşu ölkələrlə münasibətlərdən DANIŞDI

“Mən Şərq-Qərb, Şimal-Cənub qlobal müzakirəsindən əvvəl dərk etməyi vacib hesab edirəm ki, biz Cənubi Qafqaz regionundayıq, bizim 4 qonşumuz var və bizim ola biləcəyimiz bütün əsas təhlükə və imkanlar onlarla münasibətlərimizdə gizlənib”.

News24.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında deyib.

“Gürcüstan və İranla münasibətlərimizin dostluq əməkdaşlıq xarakterini daha da inkişaf etdirmək, Azərbaycan və Türkiyə ilə münasibətləri tənzimləmək vacibdir. Bir daha qeyd olunur ki, bizim planlarımıza Azərbaycanla sülh və münasibətlərin nizamlanması sazişinin imzalanması və Türkiyə ilə münasibətlərin tənzimlənməsi daxildir, baxmayaraq ki, biz bunun asan olmayacağını başa düşürük. Amma belə bir proqramla irəliləmək Ermənistanın dövlət maraqlarına uyğundur”, - deyə o bildirib.

Akqabay