Sumqayıtdakı silahlı hücum qisas məqsədilə törədilib - ŞOK TƏFƏRRÜAT
    • 30-10-2023, 10:40
    • 693

Sumqayıtdakı silahlı hücum qisas məqsədilə törədilib - ŞOK TƏFƏRRÜAT

[spoiler][/spoiler]Sumqayıtda evə silahlı hücumda təqsirləndirilən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Müşviq Tağıyev hadisəni törətdiyini etiraf edib. 

News24.az-ın məlumatına görə, polis tərəfindən saxlanılan M. Tağıyev hadisəni qisas məqsədi ilə törətdiyini bildirib. Məlumata görə, M. Tağıyev Türkiyə vətəndaşı Serkan Karakaşdan qisas almaq istəyib və hadisəni də bu məqsədlə törədib.  Məlumata görə, Serkan Karakaşla M. Tağıyev arasında bir neçə il əvvəl ciddi münaqişə olub və o Türkiyə vətəndaşından qisas almaq üçün planlar qururmuş. 

 M. Tağıyev bu məqsədlə sentyabrın 28-i gecə saatlarında silahlanaraq adıçəkilən ünvana gəlib və hasardan həyətə daxil olub. O əvvəlcə evin qaz sayğacına atəş açaraq evdə partlayış törətmək istəyib. Səsə evin həyətindəki tikilidə kirayəşin yaşayan qadın oyanıb həyətə çıxıb. Silahlı şəxs ona təcili yaşadığı otağa daxil olub qapını bağlamasını tapşırıb. M. Tağıyev ikinci dəfə sayğaca atəş açarkən yanğın başlayıb. Bu vaxt yuxudan oyanan Suzana Karakaş yanğını görüb və qışqıraraq kömək istəyib. M. Tağıyev Süzana Karakaşa boğaz və çiyin nayihəsindən atəş açıb. Daha sonra o səsə həyətə çıxan Serkan Karakaş, ev sahibi Dağbəyi Fərəcov və onun həyat yoldaşı Tərlan Fərəcovu güllələyib. 

Məlumata görə, silahlı şəxs evin həyətində yaşayan kirayəşinin ifadəsi əsasında hazırlanmış fotorobot vasitəsi ilə müəyyən edilərək saxlanılıb. 

Saxlanılan şəxs hadisəni bilərəkdən və qisas məqsədilə törətdiyini deyib. 

Faktla bağlı  Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (qətl, iki və daha çox şəxsin öldükdə), 29.120.2.7-ci (iki və daha çox şəxsin öldürməyə cəhd), 228-ci (qanunsuz silah saxlama), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri cinayət işi başlanıb. 

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhəri, 16-cı miktorasyon ərazisində fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər - Tərlan Fərəcova, Serkan Karakaş, Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.

Samir Əli