-
- 30-10-2023, 12:30
- 319
“Həddimizi aşdığımız üçün... ” - Dilandan şok açıqlama
Sosial media fenomeni və iş qadını Dilan Polat ilə həyat yoldaşı Engin Polat yazılı açıqlama yayıb.
News24.az xəbər verir ki, mülklərinə həbs qoyulan cütlük sosial media vasitəsilə insanlardan üzr istəyib.
Qeyd edəkk ki, Dilan Polat və Engin Polatın şirkətlərinə məxsus 22 milyon 372 min lirəyə həbs qoyulub. 3 şirkətdən 225 milyon lirə dəyərində real olmayan ticarətin edildiyi müəyyən edilib.
Cütlüklə yanaşı onların birinci və ikinci dərəcəli qohumlarının da əmlakı müsadirə edilib. Xaricə çıxışı da qadağan edilən cütlüklə bağlı Maliyyə Cinayətlərini İstintaq Şurasının (MASAK) hesabatı da üzə çıxıb.
Hesabatda şirkətlər arasında şübhəli münasibətlərin olduğu və qeyri-müəyyən hesab-fakturalar verməklə vergi bazasını azaltmağa çalışdıqları da qeyd olunub.
Könül