-
- 30-10-2023, 18:02
- 384
Azərbaycanda attestatla universitetlərə qəbul MÜMKÜNDÜRMÜ? - AÇIQLAMA
Hər il on minlərlə gənc attestatla təhsil almaq üçün xarici ölkələrə üz tutur. Bu da özlüyündə külli miqdarda valyutanın xaricə axını deməkdir.
Bəs bu axının qarşısını almaq üçün ölkədə attestla ali təhsilin mümkünlüyü nə dərəcədə realdır?
Sözügedən məsələ ilə bağlı danışan təhsil ekserti Kamran Əsədov News24.az-a bildirdi ki, bu məsələ olduqca vacib və aktualdır:
“Ölkəmizdə atesstatla təhsil verən ali təhsil müəssisələrinin yaradılması problemin həlli deyil. Hazırda Azərbaycandan kənarda təhsil alan tələbələrin sayı 42000-dir. Yalnız Türkiyədə attestatla təhsil alanların sayı 22000 nəfəri ötüb.Bu isə ölkədən kənara ciddi maliyyə axını deməkdir. Amma Azərbaycan attestatla qəbul keçirən uiversitetlərin fəaliyyətə başlaması düzgün deyil. Çünki bu gün Azərbaycanın 51 təhsil müəssəsində 182 min tələbə təhsil alır. Onlar qəbulu müəyyən test imtahanları ilə həyata keçirilir. Atesstatla qəbul həyata keçirilsə onları bir-birindən fərqləndirmək qeyri-mümkün olacaq. Həmçinin attestatla təhsil verən universuitetlər olarsa plan yerlərinin tənzimlənməsi də çətin məsələdir".
Ekspert onu da əlavə etdi ki, aşağı balla qəbulun həyata keçirilməsi daha məqsədəuyğun hesab olunur.
“2024-cü ildə biz Xankəndidə, Şuşada tələbə qəbulunu həyata keçirə biləcəyik”,-deyə, ekspert fikirlərini tamamlayıb.
Ülkər Abdurahmanlı