-
- 30-10-2023, 18:45
- 347
Şərab içmək xərçəng riskini azaldır - ARAŞDIRMA
Castilla-La Mancha Universitetinin (UCLM) alimləri müəyyən ediblər ki, orta dərəcədə şərab istehlakı dəri, mədə və beyin şişləri də daxil olmaqla müəyyən xərçəng növlərinin inkişaf riskini azalda bilər.
News24.az xəbər verir ki, bu barədə bu barədə araşdırma “Frontiers in Nutrition” jurnalında dərc edilib.
Tədqiqatçılar Cochrane, Scopus, Web of Science və MEDLINE (PubMed) verilənlər bazalarından 73 yüksək keyfiyyətli tədqiqat növü seçiblər.
Yalnız şərab istehlakı ilə yuxarı mədə-bağırsaq traktının, böyrəklərin, kolon və düz bağırsaq, dəri, mədəaltı vəzi, beyin, ağciyər və ginekoloji toxumaların xərçəngləri arasındakı əlaqəni qiymətləndirən tədqiqatlar təhlilə daxil edilib. Daxil edilən məqalələrin nəşr müddəti 1986-2021-ci illər arasında dəyişib və tədqiqatlarda Avstraliya, Qərbi Avropa və Şimali və Cənubi Amerikadan 18-103 yaş arası 4.346.504 insan iştirak edib.
Təhlil nəticəsində şərab istehlakı ilə xərçəng riski arasında heç bir əlaqə tapılmayıb. Bunun əksinə olaraq, şərab xüsusilə beyin, ağciyər, dəri və mədəaltı vəzidə şiş riskinə qarşı qoruyucu tendensiyalar göstərib. Bunun səbəbi, iltihabı azaldan və hüceyrələri reaktiv oksigen növlərindən zədələnmədən qoruyan fitoestrogenlər və antioksidantlar kimi şərab komponentləri ola bilər.
Ayşən